Sağlam həyat üçün sağlam və düzgün qidalanma mühüm şərtlərdən biridir. Artıq dünyanın bir çox ölkələrində Vegetarian və Vegan - yəni sağlam qida məhsulların istifadəsi geniş yayılmışdır. Artıq ölkəmizdədə belə layihənin olması sevindirici bir haldır. Azərbaycanda ilk olan Vegetarian və Vegan kafe bu ilin may ayında Bakının Nəsimi rayonu Mehbalı Zeynalabdiyev küçəsi 5B ünvanında fəaliyyətə başlayıb. “De Rama” - qeyri adi və maraqlı adı olan Vegetarian və Vegan kafenın menyusunda ət, balıq, toyuq və yumurta tərkibli yeməklər yoxdur. Kafenin fəaliyyəti və düzgün qidalanmanın əhəmiyyəti, insan həyatında və çəmiyyətimizin arasında xüsusi rolu haqqında 18 il vegetarian həyat tərzi aparan kafenin rəhbəri və sahibkar Rauf Şixəliyev məlumat verdi: – Məkanımızın menyusu həqiqətən eksklüziv olaraq ancaq və ancaq Vegetarian və Vegan qida növlərindən ibarətdır. Məkanın özəlliyi odur ki vətəndaşlarımıza və ölkəmizin qonaqlarına vegetarian və vegan pəhrizinə riayət etməklə saf, sağlam və dadlı qida növlərin yemək şansını verməkdir. Son illərdə dünyada inkişaf etmiş ölkələrin cəmiyətlərində qidalanma tərzi sağlam həyat tərzinin əsaslarından biri sayılır. Artıq məlumdur ki ət və ət məhsulları ağır qida növü sayılır. Ağır o deməkdir ki, insan bədəni qidanı həzm etməkdə çətinlik çəkir və cox miqdarda enerji sərf edir. Ayurveda elminə əsasən yediyimiz bütün qida növləri enerji mənbəyidir. Üstəlik, yeməyin enerjili nəticələri yeməkdən sonra uzun müddət insana təsir göstərir. Bəllidir ki müsbət və mənfi enerji növü mövcuddur. İnsan ağır və mənfi enerjili qidanı qəbul edir və üstəlik onu həzm etmək ücün əlavə enerji sərf edir. Nəticədə uzun illər ağır və mənfi enerjili qidadan istifadə edən insanlar müxtəlif xəstəliklərə tutulur, yaşam səviyyəsi aşağı düşür və insan həyatın uzunluğu kəskin azalır. İnsanlar xoşbəxt olmur, narahat olur və daim stresdə, əziyətdə yaşayır və həmin stress, xəstəliklərdən, əzab əziyyətdən canların qurtarmaq üçün müxtəlif növ dərmanlardan, narkotik maddələrdən, alkoqol içkilərdən və siqaretdən istifadə etməyə başlayır. Müsbət və yüngül enerjili qida növləri isə insana sağlam bədən, xoşbəxtlik hissi və dərrakə verir. Bu səbəblərdən irəli gələrək hesab edirəm ki ölkəmizdə sağlam həyat tərzi haqqında məlumatı yaymaq məqsədilə Vegetarian və Vegan mətbəxin populyar olması həddindən artıq vacibdir. Son vaxtlarda Bakının bəzi restoran və kafelərdə menyuda Vegan yada Vegetarian seçimi var, amma təəssüf ki həmin məkanlarda personalın Vegetarian və Vegan qida növləri haqqında düzgün məlumatları yoxdur. Bu ondan irəli gəlir ki, əhalimizin böyük əksəriyyəti hər iki qida növündən anlayışı ya hec yoxdu yada cox cox azdı. “De Rama” kafenin açılmasının səbəblərindən biridə odur ki, vətəndaşlarımıza “Anna Yoga” – Düzgün Qidalanma Yogası (daha geniş məlumat əldə etmək üçün aşağıda qeyd olunan veb sayta daxil olun) https://www.pranawakening.com/post/ahara-anna-annam-food və “Ayurveda” - fəlsəfələri haqqında məlumatı çatdırmaqdır. (daha geniş məlumat əldə etmək üçün aşağıda qeyd olunan veb sayta daxil olun) https://az.wikipedia.org/wiki/Ayurveda Məlumdur ki, Ayurveda və Yoqa fəlsəfəsində qida növlərin üç xüsusiyyəti anlayışı mövcuddur Tamas – Radjas – Sattva. (daha geniş məlumat əldə etmək üçün aşağıda qeyd olunan veb sayta daxil olun) https://hthayat.haberturk.com/guna-nedir-sattva-rajas-tamas-guna-nedir-1078721 Tamas – mənfi enerji sayılır və nəzarətsizliyin, apatiyanın, cəhalətin və stresin tərkib hissəsidir. Ayurvedaya əsasən Tamas enerjili qidaların illər boyunca qəbulu nəticədə cəmiyyətə mənfi təsir göstərir. Hər bir ət növü Tamas enerjili qida növünə aiddir çünki heyvanın ətin əldə etmək üçün çanlı varlı ölümlə qarşılaşmalıdır. Radjas - neytral enerjidir və qidada əsas növləri müxtəlif növ çərəzlər, dən və paxlalılar sayılır Sattva – müsbət enerjidir və bizə sülh, təvazökarlıq, dərrakə verir. Həmin enerji insanda ruh, bədən və ağıılı tənzimləyir. Sattva qida növü insanda harmoniya və xoşbəxtlik hissi yaradır və bədən üçün cox faydalı sayılır. Belə bir yeməkdən sonra özünüzü enerjili və güclə dolu hiss edirsiniz. Sattva qida növlərin əsas mənbəyi müxtəlif süd məhsulları, göyərtilər, meyvə və tərəvəzlərdi. Yeri gəlmişkən məlumat üçün bildirmək istərdim ki Ayurveda elminə əsasən istənilən heyvanın cəsədi saxlanılan məkan və ətin bişirilən yeri mənfi enerjiylə əhatə olur. Bu səbəbdən Satva – müsbət enerjidən tam yararlanmaq üçün ancaq təmiz Vegetarian və Vegan mətbəxi olan məkanlardan istifadə etmək tövsiyə olunur çünki həmin mətbəxin müsbət aurası qida qəbul zamanı böyük rol oynayır. “De Rama” kafeni açmaqda başqa mühüm bir səbəbdə odurki Vegetarian və Vegan pəhrizi ekologiyaya və ətraf mühitə müsbət təsir göstərir. Amerika Birləşmiş Ştatlarında alimlər sübut ediblər ki, bir kiloqram ət yetişdirmək üçün xeyli resurslar lazımdır. Məsələn: bir kiloqram ətin yetişməsi ücün ancaq bir iri buynuzlu heyvana ortalama 80 litir su istifadə olunmalıdı və 1 kiloqram ətin istehsal prosesində isə ortalama 180 litir su istifadə olunur. Bundan əlavə heyvandarlığ sənayəsi karbon emissiyaların kəskin artması səbəblərdən biridir, statistik rəqəmlərə əsasən heyvandarlıq məhsulları dünya üzrə istixana qazı emissiyalarının 18 % təşkil edir. Bundan əlavə heyvandarlığın inkişafı üçün müxtəlif ölkələrdə meşə ərazilərin azalma faktı alimləri narahat edir. Misal üçün Braziliya mal ətin qlobal tələbatını ödəmək və əlavə gəlir əldə etmək üçün Amazon tropik meşələrində 801 milyondan çox ağac kəsib. Bildiyimiz kimi yer kürəsində meşələrin azalması Ekosistemə ağır zərbələrdən biridir. Vegetarian və Vegan pəhrizin başqa bir mühüm tərəfidə odurki başqa canlı varlığın həyatına etik yanaşmadı. Günahsız heyvanları öldürüb onların cəsədlərini qida kimi istifadə etməmək etikası artıq inkişaf mərhələsindədir. Keçmiş və müasir tarixdə dünya səviyyəsində fərqli sahələrdə çalışan tanınmış bir çox insanlar Vegetarian ya Vegan həyat tərzi yaşayır. Həmin məhşur adların kiçik bir siyahısını sizlərə çatdırmaq istərdim: Albert Eynşteyn, Lev Tolstoy, Pifagor, Leonardo Da Vinci, Thomas Edison, Djordj Bernard Şou, Nikola Tesla, Mahatma Gandhi, Yuval Noah Harari, Stiv Vonder, Uil Smith, Novak Djakovic, Vudi Harrelson, Patrik Baboumian, Venus Villiams, Serena Villiams, Martina Navrotilova, James Cameron, Neil Robertson, Joaquin Phoenix, Ariana Grande, Greta Tunberg, Paul Makartney, Lyuis Hamilton, Jessika Chastain, Natalie Portman, Alek Boldvin və s. Daha geniş siyahıyla tanış olmaq üçün aşağıda qeyd olunan veb sayta daxil olun. https://www.happycow.net/vegtopics/famous?page=1&sort=first-name Beləliklə Veda mədənniyətinə əsasən yer kürəsində insanlar düzgün, faydalı, saf və müsbət enerjili qida növündən istifadə etsələr o zaman aşağıda qeyd olunan problemlərdən azad ola biləcəklər. Qlobal istiləşmə prosesi zamanı iqlim dəyişikliyi nəticəsində planetin müxtəlif yerlərində təbii fəlakətlərin artımı. Dünyada müxtəlif növ resurslar əldə etmək üçün ölkələr arasında baş verən müharibələrin çoxalması. Düzgün qidalanmama nəticəsində insanlarda müxtəlif növ ağır xəstəliklərin artması və ömrün qısalması. Əhalinin daim stressdə yaşaması, insanların xoşbəxt olmaması, narkomaniyanın yayılması, cəmiyyətdə boşanma sayların kəskin artması. “De Rama” kafenin artıq kifayət qədər daimi müştərisi var və onlar menyumuzdan dünyanın müxtəlif ölkələrində dadlı və məşhur Vegetarian və Vegan yemək çeşidlərin sifariş edə bilərlər. Məqsədlərimizdən biri də odur ki əziz qonaqlarımıza çatdırmaq, “Vegetarian və ya Vegan” olmaq ac qalmaq və ya özünüzü müxtəlif xoş dadlardan məhrum etmək demək deyil”. Sağlam yaşamaq hər bir insanın haqqıdır bunun üçün isə sağlam, saf və müsbət eneji daşıyan qidalardan istifadə etmək lazımdı. Vətəndaşlarımıza və ölkəmizin qonaqlarına daha ətraflı məlumat vermək məqsədiylə Yogaya və Ayurvedaya aid olan kitab güşəmizdə var. Həmin güşədə kafenin qonaqları kitabları həm məkanımızda oxuya bilər həmçinin kitabları münasib qiymətlə əldə edə bilər. Nəzərinizə catdırmaq istərdim ki ölkəmizdə Azərbaycan dilində ilk və yeganə Vegetarian mətbəxindən bəhs edən “Təbiətdən Süfrəyə - Vegetarianlığın Özəl Dadı” adlı kitab da dərc olunub. Həmin kitabı kafemizdə birdə “Baku Book Centre”, “Ali və Nino” yada “Libraff” kitab mağazalarında əldə etmək mümkündür. Beləliklə aşağıda qeyd olunan sosial şəbəkələrə və bizim internet səhifəmizə daxil olub bizi izləyərək fəaliyyətimizlə daha ətraflı tanış ola bilərsiniz. https://www.instagram.com/de.rama.cafe.baku/ https://www.facebook.com/DeRamaCafe/ https://www.linkedin.com/in/de-rama-cafe-baku-760605270/ https://www.youtube.com/@DeRamaCafeBaku-fe9bc https://www.tiktok.com/@de.rama.cafe.baku?_t=8hRtqWuD1I9&_r=