Son illərdə Qlobal səviyyədə Vegetarian və Vegan pəhrizi, dünyagörüşü, həyat tərzi və fəlsəfəsi bir çox ölkələrdə bir çox insanlar arasında yayılmaqdadır. İnanırıq ki, qədim tarixə, dərin mədəniyyətə, əxlaqi prinsiplərə və heyrətamiz insanlara malik olan müasir Azərbaycan da bəşər sivilizasiyasının növbəti inkişaf səviyyəsinə yüksəlməyə hazır və layiqdir. Biz başa düşürük ki, dəyişiklik bir gündə baş verməyəcək, ancaq müəyyən bir zamandan sonra mütləq baş tutacaq. Məs bu səbəbdən bizim komanda öz biliyini, təcrübəni vaxtını, maliyə vəsaitini və enerjini ölkəmizi və dünyanı bütün canlılar üçün daha yaxşı, daha harmonic və ekoloji cəhətdən təmiz etmək üçün sərf edir. Bizim Vizyon, Məqsədlər və Missiyamıız Müxtəlif heyvanları öldürmək, meyitlərini yemək naminə onları istismar etməyən fiziki, əxlaqi, psixoloji və mənəvi cəhətdən sağlam insanlardan ibarət dünya. Müxtəlif heyvanları öldürmək, meyitlərini yemək xatirinə istismar etməyən mərhəmətli, ağıllı, sağlam, fiziki, əxlaqi, psixoloji və mənəvi cəhətdən sağlam insanlardan ibarət dünya. Heyvanların öz hüququ və yaşayış mühitində insanlarla bərabər sərbəst mövcud ola biləcəyi bir dünya. Biz daha aşağı şüur və inkişaf səviyyəsində olan canlılara qarşı zorakılıq, istismar və qəddarlıq olmadan sağlam həyat tərzini təbliğ edirik. Sadəcə əti ilə qidalanmaq üçün müxtəlif növ heyvanların əsassız şəkildə öldürülməsinin olmadığı ədalətli dünya. İndiki və gələcək nəsilləri təmin etmək üçün Yer Kürənin resurslarından ağıllı şəkildə istifadə edən dünya. Aclığın, xəstəliyin və əzabın olmadığı bir dünya. Azərbaycanda ümumi qəbul edilən və qlobal səviyyədə geniş yayılmış vegetarian və vegan həyat tərzinin adekvat təmsil olunması. Vegeterianlığı və veqanlığı heyvanların və insanların əzablarını azaltmaq və eləcə də ətraf mühitə dəyən zərərin azaldılması üçün dünyada təsdiq olunmuş bir üsulu tanıtmaq. Seminarlar, mühazirələr, görüşlər keçirmək, film nümayişləri təşkil etmək, fəlsəfəmiz, ideyalarımız və məqsədlərimiz haqqında danışmaq. Hal hazırda və gələcəkdə potensial vegetarianlara və veganlara məlumat, dəstək və məsləhət vermək. Cəmiyyətdə yalnız bitki mənşəli qida növlərinə tələbatın artması, vegan və vegetarian müəssisələrin artması, insan-heyvan münasibətləri məsələlərinə dair maarifləndir içi proqramların yaranması və nəticədə fiziki, əxlaqi, psixoloji və mənəvi cəhətdən sağlam insanların sayının artmasına nail olmaq. Aşağıda qeyd olunan prinsiplərə inanan Vegetarianlıq və Veqanlıqla maraqlanan insanların sayın artırılması - Heyvanların yaşamaq və azadlıq hüququ var - Heyvanların istismarı və onların cəsədlərin qida növü kimi istehlakı insan orqanizminə mənfi təsir göstərir və zaman keçdikcə müxtəlif xəstəliklərə, stressə, qorxuya, laqeydliyə, tənbəlliyə, qəzəb, tamahkarlığa, eqoizmə, immunitetin azalmasına, bədbinliyə və insan orqanizminin sürətlə qocalmasına səbəb olur; və bütün bu mənfi keyfiyyətlərin nəticədə həyat keyfiyyətinin pisləşməsinə, illüziyalı dünyagörüşünə və cəmiyyətin deqradasiyasına səbəb olduğunu dərk etmək. - Balanslaşdırılmış Vegetarian və Vegan pəhrizinin təbii, sağlam və ümumi qəbul edilmiş olması barədə məlumat vermək. Sosial Şəbəkələr https://www.instagram.com/deramacafebaku/ https://www.facebook.com/profile.php?id=61563139959879 https://www.linkedin.com/in/de-rama-cafe-baku-760605270/ https://www.youtube.com/@DeRamaCafeBaku-fe9bc https://www.tiktok.com/@de.rama.cafe.baku?_t=8hRtqWuD1I9&_r= www.deramacafe.az ”De Rama” Vegetarian & Vegan Kafe, Bar və Restoran Mobil Telefon: (+994)777108108 (WhatsApp) Elektron Ünvan: de.rama.cafe.baku@outlook.com